00:00:00
Yazar
Admin User
10.09.2025 12:08 97 1 dəq oxuma
Dünya

Polşa açıq münaqişəyə ən yaxın vəziyyətdədir

Polşa açıq münaqişəyə ən yaxın vəziyyətdədir

Polşa Baş naziri Donald Tusk bildirib ki, ölkə İkinci Dünya Müharibəsindən bəri açıq münaqişəyə ən yaxın vəziyyətdədir. Onun sözlərinə görə, Polşa ərazisində Rusiya pilotsuz təyyarələri vurulub və NATO-nun 4-cü maddəsinə əsasən məsləhətləşmələrin başlanması üçün rəsmi müraciət edilib.

 

Tusk qeyd edib ki, yalnız bir gecədə Polşanın hava məkanına 19 müdaxilə olub və bu, əvvəlki gərginlikdən daha təhlükəli vəziyyət yaradıb. Baş nazir deyib ki, üç pilotsuz uçuş aparatı vurulub, dördüncünün də vurulma ehtimalı var. Təhlükə yaradan bu hücumların qarşısının alınması siyasi vəziyyəti dəyişib və buna görə də NATO-dan məsləhətləşmələr tələb olunub.


Daxili İşlər Nazirliyi bildirib ki, indiyədək Polşada 7 pilotsuz təyyarə və raketin qalıqları tapılıb. Şərqi Lublin bölgəsində yaşayış binasına pilotsuz aparat düşüb, lakin xəsarət qeydə alınmayıb. Digər yerlərdə də zədələnmiş dron və onun hissələri aşkarlanıb.


Reuters
Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər