Polşa "Barracuda" qanadlı raketlərinin istehsalına başlayır
Polşada "Barracuda" qanadlı raketləri istehsal olunacaq.
"İnformator.az" xəbər verir ki, bu barədə Polşa Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Sənədi Polşanın dövlət müdafiə konserni PGZ və 2 saylı Hərbi Aviasiya Zavodu ABŞ-nin "Anduril Industries" şirkəti ilə imzalayıb. Mərasimdə Polşanın Baş naziri Donald Tusk, Baş nazirin müavini, milli müdafiə naziri Vladislav Kosinyak-Kamış, həmçinin müdafiə idarəsi rəhbərinin müavinləri Maqdalena Sobkovyak-Çarnetskaya və Sezari Tomçik iştirak ediblər.
Müdafiə Nazirliyindən qeyd olunub ki, layihə Avropada yeni sinif ucuz qanadlı raketlərin ilk irimiqyaslı istehsal xətlərindən birinin yaradılmasını nəzərdə tutur. Gələcəkdə PGZ və "Anduril" hər il bir neçə min "Barracuda-500M" raketi istehsal etməyi planlaşdırır.