00:00:00
Yazar
Admin User
23.09.2025 17:35 68 1 dəq oxuma
Dünya

Polşa Belarusla sərhədi açır

Polşa Belarusla sərhədi açır

Polşanın Daxili İşlər naziri Marçin Kervinski sentyabrın 25-nə keçən gecə Belarusla "Qərb-2025" hərbi təlimləri ilə əlaqədar sentyabrın 12-dən bağlı qalan sərhəd-keçid məntəqələrində hərəkətin bərpası haqqında sərəncam imzalayıb.


"İnformator.az" xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verilib.


"Mən indicə Polşa-Belarus sərhədindəki sərhəd-keçid məntəqələrində nəqliyyatın hərəkətinin sabah gecə saat 00:00-da (Bakı vaxtı ilə 25 sentyabr 02:00-də – red.) bərpa edilməsi haqqında sərəncam imzaladım", - paylaşımda qeyd edilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər