Polşa NATO-da müdafiə xərclərinin ÜDM-ə nisbəti üzrə liderdir
Polşa NATO-da müdafiə xərclərinin ÜDM-ə nisbəti üzrə liderdir.
Bu barədə "İnformator.az" alyansın dərc etdiyi hesabata istinadən xəbər verir.Məlumata əsasən, 2025-ci ildə Polşa müdafiə məqsədlərinə ÜDM-in 4,48 %-ni xərcləyəcək.
Litva müdafiəyə ÜDM-in 4 %-ni yönəltməyi planlaşdıraraq ikinci yerdə, Latviya 3,73 % ilə üçüncü, Estoniya 3,38 % ilə dördüncü və Norveç 3,35 % ilə beşinci yerdə qərarlaşıb. Müdafiəyə ən az vəsait ayırmağı planlaşdıran ölkələr Lüksemburq, İspaniya, Çexiya, Belçika və Şimali Makedoniya - hər biri ÜDM-in 2 %-i qədərdir. Türkiyə 2025-ci ildə müdafiə xərclərinə ÜDM-in 2,33 %-ni yönəldəcək.
NATO üzvü olan 32 ölkədən Estoniya, Norveç, ABŞ və Danimarka da müdafiəyə ÜDM-in 3 %-dən çoxunu ayıracaq. Ümumilikdə, alyansın bütün üzvləri bu il müdafiəyə ən azı 2 % xərcləyəcəklər. Dərc edilmiş hesabat göstərir ki, Polşa NATO-da silahlanma xərcləri üzrə liderdir. O, bu məqsədlərə ölkənin ümumi müdafiə xərclərinin 54,5 %-ni xərcləyir. Onun ardınca Lüksemburq (53,5 %) və Finlandiya (46 %) gəlir. Bu siyahını müdafiə xərclərinin cəmi 14,5 %-ni silahlanmaya ayıran Belçika tamamlayır.