Polşa ordusu hava məkanını pozan Rusiya dronlarını vurub
Polşa Silahlı Qüvvələri ölkənin hava məkanını pozan Rusiya dronlarını məhv edib. Bu barədə Polşa ordusunun Əməliyyat Komandanlığı məlumat yayıb.
Bildirilib ki, dronlar Ukraynaya hücum zamanı Polşa ərazisinə daxil olub. Rəsmi açıqlamaya görə, bu, Polşanın hava məkanına “misli görünməmiş müdaxilə” hesab olunur və Polşa vətəndaşları üçün “real təhlükə” yaradıb.
Hadisə NATO üzvü olan Polşanın təhlükəsizlik məsələlərini gündəmə gətirib. Şərhlərdə ictimaiyyət Rusiyanın bu addımını “təxribat” və “NATO-nun reaksiyasını sınamaq cəhdi” kimi qiymətləndirir.
The Washington Post
Sura Əliyeva