00:00:00
Yazar
Admin User
17.12.2025 14:39 105 2 dəq oxuma
Siyasət

Polşa prezidenti Zelenskini nankorluqda ittiham edib

Polşa prezidenti Zelenskini nankorluqda ittiham edib

Polşa Prezidenti Karol Navrotski ölkəsinin göstərdiyi yardıma görə ukraynalı həmkarı Vladimir Zelenskini nankorluqda ittiham edib. Navrotski “Wiadomosci” nəşrinə müsahibəsində bu barədə deyib. Navrotski bildirib ki, Zelenskinin son bir neçə ildə Polşanın yardımını adi bir şey kimi qəbul etdiyi təəssüratı yaranıb.

 

Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, Qərbdə bəzi ölkələr Tramp planının reallaşma ehtimalına hazırlaşmağa başlayıblar:


“Bu sırada Avropa Birliyinin bəzi ölkələrini, o cümlədən Polşanı qeyd etmək olar. Polşa uzun müddət kəskin anti-Rusiya mövqeyində olan bir dövlət idi. Lakin son vaxtlar Tramp planı ətrafında yaranan vəziyyəti nəzərə alan rəsmi Varşava tədricən öz mövqeyini yumşaltmağa və əsas hədəf kimi Ukraynanın əleyhinə mövqe tutmağa başlayıb. Xüsusilə Polşanın ABŞ ilə münasibətlərinin daha yüksək mərhələyə keçməsi də bu məsələdə xüsusi rol oynayır. Buna görə də ABŞ-nin təzyiq göstərdiyi Ukraynaya qarşı Polşa da ittihamlar irəli sürür. Əslində isə Polşa prezidentinin açıqlaması tamamilə məntiqsiz və əsassızdır. Çünki ümumi götürdükdə Polşanın da, Avropa Birliyinin digər ölkələrinin də Ukraynaya dəstək vermək kimi öhdəliyi mövcuddur. Ukraynanı Rusiya ilə müharibəyə sürükləyən məhz kollektiv Qərb idi və Polşa da bu kollektivin tərkibində yer alıb. Rusiyanı zəiflətmək üçün Ukraynadan alət kimi istifadə olundu və Rusiya-Ukrayna müharibəsinin başlamasına şərait yaradılıb. Qərbdə hamı yaxşı bilir ki, Ukrayna yalnız özü üçün deyil, həm də Avropanı Rusiya təhlükəsindən qorumaq üçün savaşır. Paralel olaraq, Rusiya ilə tarixi düşmənçilik fonunda Ukraynanın Rusiya ilə müharibə vəziyyətində olması Polşa üçün də böyük əhəmiyyət daşıyır. Bu baxımdan Polşa prezidentinin Zelenskini nankorluqda ittiham etməsi tamamilə absurd və məntiqsiz yanaşmadır. Əksinə, Polşa Ukraynaya bundan sonrakı tarixi boyunca minnətdar olmalıdır. Çünki hazırda minlərlə ukraynalı Polşanın və Polşa kimi Avropa ölkələrinin təhlükəsizliyi naminə həyatlarını qurban verirlər”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər