Polşa "Qərb-2025" təlimləri səbəbindən Belarus ilə sərhədi bağlayacaq
Polşa Rusiya və Belarus arasında keçiriləcək "Qərb-2025" birgə təlimləri ilə əlaqədar olaraq sentyabrın 11-də Belarus ilə sərhədi tamamilə bağlayacaq.
"İnformator.az" Polşa KİV-inə istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bildirib.
Onun sözlərinə görə, sərhədin bağlanması sentyabrın 11-də başlayacaq və təkcə avtomobil nəzarət-buraxılış məntəqələrini deyil, dəmir yolu keçidlərini də əhatə edəcək.
Xatırladaq ki, "Qərb-2025" təlimləri 12-16 sentyabr tarixlərində Belarus ərazisində keçiriləcək.
Daha əvvəl Tusk Rusiya-Belarus təlimlərini Polşaya hücum məşqi adlandırıb. O, müttəfiqlərin bu manevrlərə dərhal reaksiya verəcəyini bildirib.