00:00:00
Yazar
Admin User
10.09.2025 07:55 94 1 dəq oxuma
Dünya

Polşa rekord hərbi maliyyə yardımı alacaq

Polşa rekord hərbi maliyyə yardımı alacaq

Polşa artan Rusiya təhlükəsi fonunda ordusunu gücləndirmək məqsədilə Avropa Birliyindən rekord məbləğdə maliyyə yardımı alacaq.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri və Baş nazirin müavini Vladislav Kosinyak-Kamyş məlumat yayıb.

 

O bildirib ki, AB-nin müdafiə imkanlarını artırmaq üçün başladığı proqram çərçivəsində Polşaya 43,7 milyard avro (51,3 milyard dollar) ayrılacaq:

 

“Bu qərar Polşa üçün böyük uğurdur və müdafiə sənayemizin təhlükəsizliyinə və inkişafına gələcək sərmayələrin təminatıdır”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər