Polşa Rusiya təyyarələrini vurduğunu bildirib
Polşanın baş naziri bildirib ki,gecə ərzində Ukraynaya edilən hücumlar zamanı ən azı üç Rusiya pilotsuz təyyarəsi Polşa və digər NATO təyyarələri tərəfindən Polşanın hava məkanında vurulub.
Donald Tusk deputatlara Polşanın 19 pilotsuz hücuma qeydə alındığını,bəzilərinin Varşavanın əsas mərkəzi Şopen də daxil olmaqla dörd hava limanını müvəqqəti bağlamaq üçün kifayət qədər dərinlikdə uçduğunu söylədi.
"Bu vəziyyət bizi İkinci Dünya Müharibəsindən bəri açıq münaqişəyə ən yaxın vəziyyətə gətirir",-dedi.Bu Moskvanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra ilk dəfədir ki, Rusiya pilotsuz təyyarələri NATO üzvünün ərazisi üzərində vurulur.
BBC News
Nərmin Nəcəfova