00:00:00
Yazar
Admin User
30.08.2025 16:55 90 1 dəq oxuma
Dünya

Polşa Rusiyaya görə bütün qüvvələri səfərbər edib

Polşa Rusiyaya görə bütün qüvvələri səfərbər edib

Avqustun 30-na keçən gecə Rusiyanın Ukraynanın bölgələrinə endirdiyi hava zərbələri ilə əlaqədar Polşa hava məkanını qorumaq üçün bütün mövcud qüvvələri səfərbər etdiyini açıqlayıb.

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.

“Mövcud prosedurlara uyğun olaraq, Silahlı Qüvvələrin əməliyyat komandiri sərəncamında olan bütün qüvvə və vasitələri səfərbər edib, döyüş qırıcıları havaya qalxıb, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bu hərəkətlər profilaktik xarakter daşıyır və hava məkanının və vətəndaşların, xüsusən də təhlükəli zonaya bitişik ərazilərdə qorunmasına yönəlib" , - Əməliyyat Komandanlığı qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər