00:00:00
Yazar
Admin User
11.09.2025 15:17 94 1 dəq oxuma
Dünya

Polşa sərhədinə 40 min hərbçi yerləşdirir

Polşa sərhədinə 40 min hərbçi yerləşdirir

Polşa müdafiə nazirinin müavini Sezari Tomçik bəyan edib ki, Rusiya və Belarus birgə “Zapad-2025” hərbi təliminə cavab olaraq ölkənin şərq sərhədinə təxminən 40 min hərbçi yerləşdirəcək.

 

Polsat News televiziyasına danışan Tomczyk ölkəsinin uzun müddətdir ki, Zapad-2025 təliminə hazırlaşdığını, ordunun 30 mindən çox əsgərin iştirakı ilə təlimlər keçirdiyini bildirib.

 

Tomczyk Polşa və NATO əsgərlərinin Zapad-2025-ə lazımi cavab verməsinin vacibliyini vurğulayaraq, "Ukraynada müharibənin burada başladığını unutmayaq. Bu səbəbdən Polşa ordusu buna hazırlaşır. Önümüzdəki günlərdə sərhəddə təxminən 40 min əsgərimiz olacaq" deyib.


Tomçik vurğulayıb ki, Rusiya pilotsuz təyyarələrinin Polşa hava məkanını pozması Zapad-2025 təlimi ilə bağlıdır.

 

TRT Haber
Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər