00:00:00
Yazar
Admin User
08.09.2025 14:40 102 1 dəq oxuma
Siyasət

Polşa və Litva prezidentlərinin görüşü

Polşa və Litva prezidentlərinin görüşü

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki,dünya nizamı yenidən formalaşır, oyun qaydaları yenidən yazılır:


“Xüsusi bir şey gözləməyə dəyməz. Hər ikisi Avropa ölkəsidir, çox normal əlaqələri və çox normal münasibətləri var.


Təbii ki, bu gün, ümumiyyətlə, dünyada çox ciddi siyasi hadisələr baş verir. Dünya nizamı yenidən formalaşır, oyun qaydaları yenidən yazılır. Belə olan halda həm ABŞ, həm Avropa, daha doğrusu təkcə Qərblə Rusiya deyil, hətta ABŞ ilə Avropanın özündə də rəqabət var.


Artıq “kollektiv Qərb” anlayışı da dağılıb. Əgər əvvəllər kollektiv Qərb Şərqə — Rusiyaya, Çinə, İrana qarşı idisə, indi bu anlayış mövcud deyil və ABŞ ilə Avropanın maraqları xeyli dərəcədə fərqlənir. ABŞ açıq-aşkar Avropanı təhdid edir, şantaj edir.


Belə olan halda Avropa üçün də yeni çağırışlar meydana gəlir. Polşa və Litva da Avropa ölkələridir və bu baxımdan Avropa dövlətlərinin öz aralarında müəyyən təhlükəsizlik məsələlərini, iqtisadi, siyasi, hərbi əməkdaşlığı müzakirə etmələri kifayət qədər normaldır.


Təbii ki, bu görüşlərdə ABŞ ilə münasibətlər, Rusiya ilə münasibətlər, daha çox isə Rusiya-Ukrayna müharibəsi və ABŞ-la əməkdaşlıq məsələləri də müzakirə olunacaq”.


Şehrin Musayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər