Polşa Xarici İşlər Nazirliyi vətəndaşlarına Rusiyanı tərk etməyi tövsiyə edib
Polşa Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiya Federasiyasının ərazisini tərk etməyi tövsiyə edib.
Nazirliyin rəsmi bəyanatında bildirilir:
"Biz Rusiyada olan Polşa vətəndaşlarına həyat, ailə və ya iş şəraiti bu ölkədə qalmağı zəruri etmədiyi halda, Rusiya ərazisini tərk etməyi tövsiyə edirik".
Diplomatik nümayəndəlik, həmçinin Rusiya pasportu daşıyan polyak vətəndaşları xəbərdar edib ki, bu şəxslər Rusiyada bütün hüquqi və hüquqi nəticələr baxımından Rusiya vətəndaşı hesab olunurlar.
Qeyd edək ki, iyulun 18-də Polşa Xarici İşlər Nazirliyi bir başqa çağırışla çıxış edərək, Varşavanın Rusiya tərəfindən "dost olmayan ölkələr" siyahısına daxil edilməsini və konsulluq əməkdaşlarının sayının azaldılmasını əsas gətirərək, vətəndaşları Rusiya Federasiyasına səfərlərdən çəkinməyə çağırıb.
Mənbə :Caliber
Aytən Ağazadə