Polşada NATO-nun hərbi təlimi başlayıb
Polşada NATO ölkələrinin Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) hava məkanına daxil olmasına cavab olaraq "Şərq Mühafizi" (Eastern Sentry) adlı hərbi təlimə başlayıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Polşa Ordusunun Baş Qərargahı açıqlama yayıb.
Bildirilir ki, "Şərq Mühafizi" missiyası çərçivəsində müttəfiq qüvvələr, o cümlədən Danimarka, Fransa, Böyük Britaniya və Almaniya iştirak edəcək.