00:00:00
Yazar
Admin User
22.09.2025 18:54 124 1 dəq oxuma
Dünya

Polşadan Rusiyaya

Polşadan Rusiyaya

NATO ölkələri Rusiyanın onları qorxutmasına imkan verməyəcək.

 

"İnformator.az"xəbər verir ki, bunu sentyabrın 22-də Rusiyanın MiQ-31 qırıcılarının Estoniyanın hava məkanına daxil olmasından sonra BMT Təhlükəsizlik Şurasının çağırdığı fövqəladə iclasında Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.

 

Sikorski xatırladıb ki, Rusiya qırıcı təyyarələri PUA-ların ölkəsinə hücumundan bir həftə sonra Estoniyanın hava məkanını pozub.

 

O bildirib ki, bu cür pozuntular şübhə yaradır, çünki onlar Rusiyanın uzun illərdir Qərbə qarşı apardığı hibrid müharibənin eskalasiyasını təşkil edir:

 

"BMT Təhlükəsizlik Şurasının məsuliyyəti var ki, bu cür təxribatlara dözməyəcəyimizi açıq şəkildə bildirsin. Mən Rusiya nümayəndələrinə deyirəm: biz bilirik ki, siz beynəlxalq hüquqa əhəmiyyət vermirsiniz və qonşularınızla sülh şəraitində yaşamağa qadir deyilsiniz".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər