00:00:00
Yazar
Admin User
04.09.2025 19:20 145 1 dəq oxuma
Dünya

Polşalı casus Belarusda saxlanılıb

Polşalı casus Belarusda saxlanılıb

Belarus Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları keçirilməsi nəzərdə tutulan Belarus-Rusiya “Zapad-2025” təlimləri barədə məlumat toplayan "polşalı kəşfiyyatçı"nı saxlayıb.


"İnformator.az" xəbər verir ki, bu barədə "Belarus-1" telekanalı məlumat yayıb .

 

Bildirilir ki, "polşalı kəşfiyyatçı" Vitebsk vilayətinin Lepel şəhərində saxlanılıb.


Qeyd edilir ki, Polşa vətəndaşı Qrzeqorz Havelin üzərindən A4 formatlı 8 vərəq tapılıb. Vərəqlər məxfilik möhürü olan “Qərb 2025” təlimləri ilə bağlı sənədlərin surəti olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər