00:00:00
Yazar
Admin User
07.11.2025 16:55 112 2 dəq oxuma
Siyasət

“Postsovet məkanında Çin getdikcə fəallaşır”

“Postsovet məkanında Çin getdikcə fəallaşır”

Baş nazirin sözlərinə görə, Gürcüstan dünyanın müxtəlif ölkələri ilə əməkdaşlığı genişləndirməyə çalışır. Tbilisi Pekinlə azad ticarət və vizasız rejim haqqında sazişlər imzalayıb.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, Gürcüstanın bu addımı atması digər ölkələr ilə münasibətlərinə təsir etməyəcək, çünki regiondakı dövlətlər də hələ harda olacaqlarını müəyyənləşdirirlər:

 

“Məsələn Ermənistan Avropa inteqrasiya yolunu seçib, Azərbaycan Türk Müsəlman Dünyası ilə əməkdaşlığa meyillidir, Gürcüstan isə Çinə meyillənib. Digər tərəfdən Çin ilə Gürcüstanın əlaqələrinin güclənməsi əslində Avropa İttifaqının Atlantika məkanına demarşdır, çünki Gürcüstan bu məkanda olmaq istəyir. Eyni zamanda onun Rusiya ilə əlaqələri daxildə apardığı siyasət müəyyən problemlər yaradır. Ona görə də bu gün əslində Avropa Birliyi də Gürcüstanın bura gəlişinə o qədər də məmnun deyil. Gürcüstan belə bir şəraitdə sanki, çarəsiz olaraq Çinə yaxınlaşır. Bu gün Gürcüstanın hakimiyyəti orqanları görünür, Çin ilə əməkdaşlığı daha məqbul bilirlər. Çünki zahirən Rusiya ilə münasibətlər normal deyil. Avrointeqrasiya məsələsində də bir tıxanma var. Belə bir şəraitdə hansısa super gücün yanında durmaq zərurətini sanki, Çin ilə təmin edirlər. Çinin Güney Qafqazda xəyallaşması yeni hadisə deyil. Ümumiyyətlə, postsovet məkanında Çin getdikcə fəallaşır. Bu da əslində Rusiyanın gücünün zəifləməsi və Çindən asılı olması ilə eyni zamanda qərb ilə qarşıdurması ilə eyni vaxta düşür. Belə şəraitdə əslində, Rusiya da Çinin belə fəallaşmasından məmnun deyil. Amma digər tərəfdən Güney Qafqazda, Türküstan da Avropanın, Amerikanın fəallaşmağındansa Çin burda olmasını özü üçün məqbul sayır".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər