Premyer Liqa: "Araz-Naxçıvan" "Karvan-Yevlax"a qalib gəlib
Misli Premyer Liqasında XXIV tura start verilib.
"İnformator.az" xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "Karvan-Yevlax"la üz-üzə gəlib.
Bakıdakı "Liv Bona Dea Arena"dakı qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.
37-ci dəqiqədə Hamidu Keyta, 40-ci dəqiqədə Ba-Muaka Simakala adlarını tabloya yazdırıblar. Qonaqların yeganə qolunu Kayl Spens 51-ci dəqiqədə vurub.
Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran "Araz-Naxçıvan" 5-ci pillədə qərarlaşıb. "Karvan-Yevlax" 8 xalla sonuncu - 12-ci sıradadır.
Günün ikinci matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edəcək. Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq.