00:00:00
Yazar
Lalə Qafarova
22.05.2026 20:49 8 1 dəq oxuma
İdman

Premyer Liqa: "Qəbələ" "Şamaxı"nı məğlub edib

Premyer Liqa: "Qəbələ" "Şamaxı"nı məğlub edib

 


Misli Premyer Liqasında sonuncu - XXXIII turun açılış matçında "Qəbələ" "Şamaxı"nı məğlub edib.Qəbələ şəhər stadionunda baş tutan matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.


Mövzu ilə bağlı “İnformator.az”a idman eksperti Kənan Məstəliyev bildirib ki, başlanğıcda oyunda müəyyən gərginlik var idi:


"Çünki Qəbələ FK daha çox heyəti sınamaq məqsədilə meydana çıxmışdı, Şamaxı FK isə seçilmiş və əsas heyətə yaxın futbolçularla oynayırdı. Azərbaycan millisinin oyunçularını izləmək və onları hazır vəziyyətdə saxlamaq üçün bu qarşılaşma hər iki tərəf adına vacib idi.

Sevindirici məqam odur ki, hazırda Şamaxı heyətində yeni futbolçulara daha çox şans verilir. Gənc oyunçular meydana çıxaraq özlərini göstərmək imkanı qazandılar və bu da komandanın gələcəyi üçün müsbət haldır. Xüsusilə oyuna sonradan daxil olan futbolçular dinamikanı artırmağa və komandaya əlavə enerji qatmağa çalışdılar.

Şamaxının baş məşqçisi üçün də bu qarşılaşma önəmli idi. Çünki həm nəticə qazanmaq, həm də milli komandaya namizəd ola biləcək futbolçuların formunu yoxlamaq əsas məqsədlərdən biri idi. Bu baxımdan qələbə komanda üçün həm psixoloji, həm də gələcək oyunlar baxımından əhəmiyyətli oldu". 


Reyhan Qulizadə

#baki #liqa: #"qəbələ" #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər