00:00:00
Yazar
Admin User
01.10.2025 19:46 174 1 dəq oxuma
Siyasət

Prezident Danimarkadan yazıb: “Qarabağ” yenə qürurlandırıb!

Prezident Danimarkadan yazıb: “Qarabağ” yenə qürurlandırıb!

Danimarka çempionu "Kopenhagen" futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə "Qarabağ" futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.

 

"İnformator.az" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev sosial şəbəkə hesabında yazıb.

 

"Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən "Qarabağ" dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir", - İ.Əliyev vurğulayıb.

 

Qeyd edək ki, təmsilçimiz Danimarka çempionunu Bakıda 2-0 məğlub edib. Hazırda turnir cədvəlində 4-cü yerdə qərarlaşıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər