Prezident Dominikanla viza tələbinin ləğvi barədə qanun imzalayıb
2025-ci il sentyabrın 24-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.
"İnformator.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb.
