Prezident İlham Əliyev bolqarıstanlı həmkarı ilə görüşüb- ŞƏRH
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan Prezidentinin Azərbaycanda WUF 13 tədbirində iştirak edən Bolqarıstan prezidenti ilə görüşü mühüm əhəmiyyət kəsb edir:
“Belə ki, Azərbaycan və Bolqarıstan arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir.
Xüsusilə də Bolqarıstan rəhbərlərinin Azərbaycana mütəmadi səfərlərini biz yaxşı xatırlayırıq. Tərəflər arasında strateji tərəfdaşlıq münasibətləri var. Azərbaycan Bolqarıstanın enerji sektorunda və bu ölkənin qaz tədarükçülərinin biri rolunda çıxış edir. Həmçinin tərəflərin bir çox məsələlərdə bir-birinə yaxınlığı var. Bu baxımdan, bu görüş əhəmiyyətli bir görüşdür və bizim münasibətlərimiz normal məcrada inkişaf etməkdədir. Təbii ki, bu görüş həmin münasibətlərin bundan sonra daha müsbət məcrada davam etməsi və yüksələn xətt üzrə inkişaf etməsinə lazımi töhfə verəcək”.
Nurgün Qənizadə