Prezident İlham Əliyev Macarıstan Prezidenti ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Kopenhagendə Moldova Prezidenti Maya Sandu ilə görüşüb.
Məsələ ilə ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, Moldova ilə Azərbaycan arasında münasibətlər getdikcə inkişaf edir. Prezidentlərin Kopenhagendəki görüşü də bu münasibətlərin yüksək səviyyədə olduğunu göstərir:
"Hər iki ölkənin Avropa ilə münasibətlərinin inkişafında bu təmasların rolu böyükdür. Görüşdə ikitərəfli münasibətlərimizin inkişaf perspektivlərinə dair fikir mübadiləsinin aparılması, xüsusilə də enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunun vurğulanması təkcə siyasi deyil, iqtisadi və digər sahələrdə də əlaqələrin irəlilədiyini göstərir. Prezident Maya Sandu Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd etməsi Moldovanın ölkəmizə olan yüksək münasibətindən xəbər verir. Moldova Avropa İttifaqı ilə yaxınlaşma siyasətinə davam edir. Azərbaycanın da bu ittifaqla münasibətlərin inkişaf etməsi hər iki ölkənin bu yolda uğurundan xəbər verir".
Güllər Gülhüseynova
