“Prezident İlham Əliyev zəfər lideri olmaqla yanaşı, regiona sülh gətirən liderdir”
Prezident İlham Əliyev yalnız zəfər lideri kimi deyil, eyni zamanda regionda sülhün təmin olunmasına yönələn siyasəti ilə də seçilir. Onun rəhbərliyi ilə həm işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri aparılır, həm də regionda uzunmüddətli sabitlik üçün mühüm təşəbbüslər həyata keçirilir.
Bu barədə deputat Vüqar Rəhimzadə “İnformator.az” saytına bildirib ki, Prezident İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində Azərbaycan regionda və dünya miqyasında söz sahibi olan ölkəyə çevrilib:
“Prezident İlham Əliyev fəaliyyətə başladığı ilk gündən Azərbaycanın ərazi bütövlüyünün bərpasını qarşıya əsas vəzifə kimi qoydu və bu məqsədə dövlətimizin iqtisadi və hərbi gücü sayəsində nail oldu. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın yeni geosiyasi reallıqlar formalaşdırmasına səbəb oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində beş şəhər, dörd qəsəbə və 300-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edildi. 10 noyabr Bəyanatına əsasən isə Ağdam, Kəlbəcər və Laçın döyüşsüz Azərbaycana qaytarıldı. 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi tam bərpa olundu”.
Deputat Azərbaycanın əldə etdiyi qələbənin regiona sülh, inkişaf və əməkdaşlıq üçün yeni imkanlar açdığını qeyd edib:
“Azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sürətlə aparılır, Böyük Qayıdış proqramı həyata keçirilir. Prezident İlham Əliyev təkcə zəfər lideri kimi deyil, həm də regionda sülhün banisi kimi tarixə düşüb”.
Rəhimzadə sonda əlavə edib ki, bu gün Azərbaycan qalib dövlət kimi regionda sülh gündəliyini müəyyənləşdirən əsas aktordur və beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır.
Ayan Əsgərova