00:00:00
Yazar
Admin User
09.10.2025 03:05 127 2 dəq oxuma
Siyasət

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul edib

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib.

 

Mövzu ilə əlaqədar politoloq Elçin Xalidbəyli “İnformator.az”a olan açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının inkişaf perspektivlərinin əsas ideoloqu rolunu oynayır:

 

“Azərbaycan dövləti isə Türk dövlətləri təşkilatının aparıcı ölkəsi olaraq ön plana çıxır. Hazırda əgər Türk Dövlətləri Təşkilatı indiki səviyyəyə gəlib çatıbsa və inkişaf edərək daha da güclənmək imkanları qazanıbsa bunun əsas səbəbi Azərbaycan Prezidenti  İlham Əliyevin və Azərbaycan dövlətinin məqsədyönlü siyasəti ilə bağlıdır. Yəni Azərbaycan Prezidenti İlham Əliyev Türk Evi ideyası üzərində xüsusi fəaliyyət göstərir. Müşahidələr onu göstərir ki, Azərbaycan Prezidenti əsas hədəflərindən biri Türk Dövlətləri Təşkilatını güclü həm iqtisadi, həm siyasi, həm də imkan daxilində hərbi faktorlar üzrə dünyanın aparıcı koalisiyalarından ittifaqlarından birinə çevirməkdir. Hazırda Azərbaycan Prezidentinin və Azərbaycan dövlətinin atdığı bütün addımlar məhz bu istiqamətə yönəlib. Ona görə də son vaxtlar Türk Dövlətləri Təşkilatının Zirvə toplantıları əsasən Azərbaycanda keçirilir. Azərbaycan bu prosesə birmənalı şəkildə liderlik edir. Bu da olduqca qürurverici bir hissdir, çünki Azərbaycan bütün türk coğrafiyasının vahid məqsədlər və ortaq hədəflər üzərində birləşməsinin əsas stimul verici aparıcı dövləti rolunda çıxış edir. Növbəti toplantının da Qəbələdə keçirilməsi böyük önəm daşıyır. Bu toplantılarda daha çox Türk Dövlətləri Təşkilatının gələcək perspektivləri, gələcək hədəfləri və ortaq maliyyət istiqamətləri müzakirə edilmiş ola bilər və böyük ehtimalla yaxın gələcəkdə biz Türk Dövlətləri Təşkilatının Avropa Birliyi bənzərində qlobal siyasi idarə mərkəzinə çevrildiyinin şahidi ola bilərik”.

 

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər