Prezident Ərdoğa
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində keçirilən 2025–2029 Kooperativçilik Strategiyası və Fəaliyyət Planı təqdimat mərasimində çıxış edib.
O, kooperativ nümayəndələrinə, sənətkarlara və qonaqlara təşəkkür edərək bildirib ki, bu proqram ölkə və xalq üçün faydalı olacaq. Ərdoğan həmçinin kooperativlərə və sahibkarlara göstərdikləri dəstəyə görə minnətdarlığını ifadə edib.
Prezident qeyd edib ki, əsrlər boyu Anadolu və Trakyada formalaşan Ahilik mədəniyyəti bu gün də sənətkar və esnaflar vasitəsilə yaşadılır və doğruluq, yardımlaşma, güvən kimi dəyərlər bu günün kooperativ ruhuna yön verir.Ərdoğanın sözlərinə görə, bu dəyərlərə indiki dövrdə daha çox ehtiyac var.
TRT haber
Vəliyeva Aysun