Prezident Ərdoğan ABŞ Prezidenti Trampla görüşüb
Prezident Rəcəb Tayyib Ərdoğan qarşı tərəfin tələbi ilə ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Rabitə Müdirliyinin NSocial hesabından verilən açıqlamaya görə, prezident Ərdoğan qarşı tərəfin tələbi ilə ABŞ Prezidenti Trampla telefon danışığı aparıb. Görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr və Qəzzadakı vəziyyət müzakirə edilib. Prezident Ərdoğan Vaşinqtona səfərlərinin Türkiyə-ABŞ əlaqələrini daha da gücləndirdiyini və iki ölkə arasında bütün sahələrdə, xüsusilə də müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək üçün addımların atılmasının vacib olduğunu bildirib.Prezident Ərdoğan Türkiyənin Qəzzada başda olmaqla bütün bölgədə sülh və əmin-amanlığın təmin edilməsi üçün sıx səylər göstərdiyini bildirib və bu məqsədə yönəlmiş təşəbbüsləri alqışlayıb.
Prezident Ərdoğan Türkiyənin sülh üçün diplomatik səylərini sürətləndirdiyini və qlobal sülh vizyonuna töhfə verməyə davam edəcəyini vurğulayıb. O vurğulayıb ki, İsrailin hücumlarına son qoyulması regionda sülhün bərqərar olmasına yönəlmiş təşəbbüslərin uğuru üçün çox vacibdir.
TRT Xəbər
Xədicə Məhərrəmli