Prezident Ərdoğan Bakının düşmən işğalından azad olunmasını təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın paytaxtı Bakının düşmən işğalından azad olunmasının ildönümünü təbrik edib.
Prezident Ərdoğan sosial media hesabından paylaşımında belə ifadələr işlədib:
“Can Azərbaycanın paytaxtı Bakının düşmən işğalından azad olunmasının ildönümünü ən səmimi duyğularımla təbrik edirəm. Qafqaz İslam Ordusunun komandanı Nuri Killigil Paşanı və bütün qəhrəmanlarımızı rəhmətlə yad edir, qardaş Azərbaycan xalqına salam və sevgilərimi çatdırıram”.
TRT XƏBƏR
Lalə Qurbanlı