Prezident Ərdoğan Baxçalını ziyarət edib
“Terrorsuz Türkiyə” mövzusu müzakirə olunub
Prezident Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalını iqamətgahında ziyarət edib.
Baxçalı, Türkmənbəyi küçəsində yerləşən evinin qapısında Prezident Ərdoğanı qarşılayıb. Görüş öncəsi iki lider əl sıxaraq jurnalistlərə poza veriblər.
Mətbuata qapalı keçirilən görüş təxminən 50 dəqiqə davam edib. Söhbətdən sonra Dövlət Baxçalı, Prezident Ərdoğanı iqamətgahının qapısına qədər yola salıb.
Bu, iki liderin ilin beşinci görüşü olub. Görüşdə “Terrorsuz Türkiyə” mövzusunun müzakirə edildiyi bildirilir.
TRT XƏBƏR
Ləman Mahmudlu