"Prezident Ərdoğan Fələstinin və dünya vicdanının səsi olacaq"
Kommunikasiyalar Direktoru Burhanəddin Duran, “Fələstin Prezidenti Mahmud Abbas və heyətinin BMT-yə qatılmasının əngəlləndiyi, Qəzzada baş verən soyqırımı görməməzliyə vurmağa cəhd edildiyi bir mühitdə Prezident Rəcəb Tayyib Ərdoğan bir daha Fələstinin və qlobal vicdanın səsi olacaq” , - deyib.
Kommunikasiya direktoru Duran prezident Rəcəb Tayyib Ərdoğanın bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasındakı çıxışı ilə bağlı sosial media hesabında paylaşım edərək bunları bildirib:
"Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan bu gün BMT Baş Assambleyasında əlamətdar, tarixi bir çıxış edəcək. Fələstin prezidenti Mahmud Abbas və nümayəndə heyətinin BMT-yə qatılmasının qarşısı alındığı, Qəzzada baş verən soyqırımı görməməzlikdən gəlməyə çalışıldığı bir mühitdə o, bir daha Fələstinin və dünya ictimaiyyətinin səsi olacaq".
TRT XƏBƏR
Nəzrin Nəsirova