Prezident Ərdoğan iclasda sədrlik edəcək
Prezident Rəcəb Tayyib Ərdoğan işini bu gün Ankarada davam etdirəcək. Prezident Ərdoğan AK Partiya qərargahında partiyanın Mərkəzi İcraiyyə Komitəsinin iclasına sədrlik edəcək. AK Partiya Mərkəz İcra Komitəsinin toplantısı bu gün keçiriləcək. Prezident Ərdoğan başçılıq edəcək.
İclasda daxili və xarici siyasətdə cari inkişaflar, həmçinin partiyadaxili strategiyalar müzakirə olunacaq.
İqtisadi Məsələlər Müdirliyi Mərkəzi İcraiyyə Komitəsində ümumi iqtisadi perspektivlə bağlı təqdimatla çıxış edəcək. Antiinflyasiya tədbirləri və real sektorun ehtiyacları kimi mövzular araşdırılacaq. Yığıncaqda “Türkiyə Yüzyılı” görüşləri çərçivəsində partiya rəsmilərindən daxil olan vətəndaşların şikayət və müraciətlərinə baxılacaq.
Prezident Ərdoğana TBMM-də yaradılan Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının son gedişi haqqında da məlumat veriləcək. Görüşdən sonra AK Partiya sözçüsü Ömər Çelikdən açıqlama gözlənilir.
TRT Haber
Xədicə Məhərrəmli