00:00:00
Yazar
Admin User
02.09.2025 12:46 99 1 dəq oxuma
Dünya

Prezident Ərdoğan: İsrailin soyqırımı heç vaxt unudulmayacaq

Prezident Ərdoğan: İsrailin soyqırımı heç vaxt unudulmayacaq

“İsrailin soyqırımı, körpələrin, anaların və ataların Fələstində qətlə yetirilməsi heç vaxt unudulmayacaq”.

 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.


Dövlət başçısı ABŞ-nin fələstinli rəsmi şəxslərə viza verməkdən imtina etməsini BMT prinsiplərinə zidd adlandırıb. Türkiyə lideri bu qərarın tezliklə yenidən nəzərdən keçirilməsinə çağırıb:


“BMT Təhlükəsizlik Şurası qlobal problemlərin müzakirə edildiyi və həll yollarının müəyyənləşdirildiyi bir platformadır. Fələstin nümayəndə heyətinin BMT Baş Assambleyasında olmaması yalnız İsrailin xeyrinə olacaq. Fələstini susdurmaq cəhdləri qəbuledilməzdir, onun səsini boğmaq mümkün deyil. ABŞ İsrailin qırğınlarına və təzyiqlərinə “dayan” deməlidir”, – deyə Türkiyə lideri vurğulayıb.


Siyasətçi xatırladıb ki, bir sıra Avropa ölkələri BMT Baş Assambleyasında Fələstin dövlətini tanımağı planlaşdırır:


“Fələstin məsələsi yəqin ki, bu il BMT Baş Assambleyasının mərkəzi mövzusu olacaq”, – o qeyd edib.


Anadolu Agency
Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər