Prezident Ərdoğan Pakistanın baş naziri Şəriflə telefon danışığı aparıb
Prezident Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb. Rabitə Müdirliyinin sosial media hesabından verilən açıqlamaya görə, görüşdə Türkiyə ilə Pakistan arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan Pakistanda baş verən daşqın və torpaq sürüşmələrində dəyən itkilərə görə baş nazir Şərifə başsağlığı və tezliklə şəfa diləyib. Görüşdə Ərdoğan qardaş Pakistan xalqının yanında olan Türkiyənin bir çox bölgədə yardım fəaliyyətlərini davam etdirdiyini və daha hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib.
TRT xəbər
Zəhra Möhübbətova