00:00:00
Yazar
Admin User
19.09.2025 18:01 68 1 dəq oxuma
Dünya

Prezident Ərdoğan: “Qüdsə aid bir çınqıl belə verməyəcəyik”

Prezident Ərdoğan: “Qüdsə aid bir çınqıl belə verməyəcəyik”

 

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, “Əllərində 65 min məzlum Qəzzalının qanı olan qatillərə səslənirəm: Qüds yalnız müsəlmanların deyil, bütün bəşəriyyətin şərəfi və ləyaqətidir. Buna baxmayaraq, həyasızcasına yazının arxasınca gedirlər. O yazını bir yana qoyaq, bircə daş parçasını belə sizə verməyəcəyik”.

 

Dövlət başçısı bu sözləri İstanbul Atatürk Hava Limanında keçirilən, Sənaye və Texnologiya Nazirliyi ilə T3 Vəqfinin təşkilatçılığı, TRT-nin tərəfdaşlığı ilə reallaşan dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı TEKNOFEST-in üçüncü günündə səsləndirib.

 

Ərdoğan çıxışında İstanbulluları və festival iştirakçılarını salamlayaraq, belə möhtəşəm atmosferdə, qürur və coşğu içində bir araya gəlməkdən məmnunluğunu bildirib. O, gələcəyin yolunu işıqlandıracaq gənclərə sevgisini çatdıraraq, dünyanın müxtəlif ölkələrindən festivala qatılan iştirakçılara uğurlar arzulayıb.

 

TRT XƏBƏR

Türkan Kərimli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər