Prezident Ərdoğan: Qüdsün çirklənməsinə icazə verməyəcəyik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər Nazirliyi Kampusunun təməlqoyma mərasimində çıxış edib. O, Qüds mövzusunda sərt mesaj verərək bildirib: “Yer üzərində bayraq kimi ucalan Qüds əl-Şərifi icazəsiz əllərin murdarlamasına imkan verməyəcəyik”.
Ərdoğan nazirliyin yeni şəhərciyinin əhəmiyyətinə toxunaraq qeyd edib ki, mövcud bina artıq artan ehtiyaclara cavab vermir. Yeni kampus 548 min kvadratmetr ərazidə inşa ediləcək, 6 min nəfərə gündəlik xidmət göstərə biləcək. Burada 1600 yerlik qaraj, 750 nəfərlik konfrans zalı, yeməkxana və müasir iş şəraiti ilə təmin olunmuş bölmələr olacaq.
Prezident bildirib ki, layihə türk diplomatiyasının gücünü əks etdirəcək və Ankara üçün yeni simvola çevriləcək. O, layihədə əməyi olan hər kəsi təbrik edib və kampusun qısa zamanda tamamlanacağına ümid etdiyini vurğulayıb.
CNN Türk
Türkan Kərimli