00:00:00
Yazar
Admin User
10.09.2025 17:23 89 1 dəq oxuma
Dünya

Prezident Ərdoğan Şeyx Təmim bin Həməd Al Sani ilə telefon danışığı aparıb

Prezident Ərdoğan Şeyx Təmim bin Həməd Al Sani ilə telefon danışığı aparıb

 

Prezident Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə telefon danışığı aparıb. Görüşdə İsrailin Qətərdə HƏMAS danışıqlar qrupuna hücumu və buna qarşı atılacaq birgə addımlar müzakirə edilib.

 

Rabitə İdarəsi prezident Rəcəb Tayyib Ərdoğanın Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə telefon danışığı apardığını açıqlayıb. 

 

Görüşdə Qətərdə HƏMAS-ın danışıqlar qrupunu hədəf alan İsrail hücumu və buna qarşı atılacaq birgə addımlar müzakirə edilib.

 

“Türkiyə bütün imkanları ilə Qətər dövlətinin və xalqının yanındadır”. Prezident Ərdoğan İsrailin bölgədə münaqişə, gərginlik və qeyri-sabitliyi dərinləşdirmək məqsədi daşıyan, dostu və müttəfiqi Qətərin suverenliyini açıq şəkildə pozan hücumunu pislədiyini bildirib. 

 

Prezident dəhşətli hücumda şəhid olanlara başsağlığı verib və Türkiyənin bütün imkanları ilə Qətər dövlətinin və xalqının yanında olacağını bildirib. 

 

İki lider Qəzzada qırğına tez son qoymaq üçün birgə işi davam etdirmək barədə razılığa gəliblər.

 

TRT XƏBƏR

Nəzrin Nəsirova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər