00:00:00
Yazar
Admin User
07.10.2025 18:38 140 1 dəq oxuma
Dünya

Prezident Ərdoğan və Prezident Putin arasında telefon danışığı baş tutub

Prezident Ərdoğan və Prezident Putin arasında telefon danışığı baş tutub

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı keçirilib. Danışıqlar zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

 

Türkiyə Prezident Administrasiyasından verilən məlumata görə, liderlər arasında keçirilən telefon danışığında Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlər, bölgədəki son proseslər və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan, Qəzzədə atəşkəsin təmin olunması və bölgəyə humanitar yardımın çatdırılması üçün Türkiyənin səylərini davam etdirdiyini vurğulayıb.

 

Ərdoğan, həmçinin Ukrayna-Rusiya müharibəsinin ədalətli və qalıcı sülh yolu ilə başa çatmasının vacibliyini qeyd edərək, bu istiqamətdə diplomatik təşəbbüslərin gücləndirilməsinin əhəmiyyətini bildirib. O, Türkiyənin sülhə nail olmaq üçün çalışmaqda davam edəcəyini də ifadə edib. Görüş zamanı Prezident Ərdoğan, Rusiya Prezidenti Vladimir Putini doğum günü münasibətilə təbrik edib.

 

TRT haber 

Aysun Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər