Prezident Ərdoğandan ABŞ səfəri ilə bağlı açıqlamalar
Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ səfərindən qayıtdıqdan sonra ABŞ prezidenti Donald Tramp ilə keçirdiyi görüşə toxunub: "Cənab Prezidentlə səmimi, konstruktiv və məhsuldar bir atmosferdə görüşlərimiz həyata keçirdik". O, bu görüşləri Türkiyə-Amerika münasibətlərinə müsbət təsir edəcəyinə inandığını vurğulayıb.
Ərdoğan əlavə edib ki, bu təmas iki ölkə arasında bir çox sahələrdə əhəmiyyətli irəliləyişlərin əldə olunmasına zəmin yaradıb. Ticarət əlaqələrinə də toxunan Prezident iki ölkə arasında ticarət dövriyyəsinin potensialına diqqət çəkərək, 100 milyard dollarlıq ikitərəfli ticarət hədəflərinin olduğunu bildirib.
Prezident Ərdoğan həmçinin Türkiyənin əsas hədəfinin Qəzzadakı qətliamların ən qısa zamanda sona çatması olduğunu vurğulayıb. O, İsrailin həyata keçirdiyi zülm və insanlıq əleyhinə cinayətlərlə beynəlxalq aləmdə getdikcə təcrid olunmağa başladığını da qeyd edib.
Haber türk
Aysun Vəliyeva