Prezident Ərdoğandan Qəzza açıqlaması
Prezident Rəcəb Tayyib Ərdoğan Qabon Prezidenti ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında mühüm açıqlamalar verib. O, Avropa ölkələrinin Fələstin Dövlətini tanıma qərarlarını dəyərləndirərək deyib: “Avropadan yüksələn humanitar reaksiyaları çox dəyərli hesab edirik. İsrailin vəhşiliyinə heç kim səssiz qala bilməz". Ərdoğan, həmçinin Fransanın lideri Makronu telefonla təbrik etdiyini bildirib.
Burada çıxış edən Prezident Ərdoğan Avropa ölkələrinin Fələstin Dövlətini tanıma qərarları ilə bağlı bunları deyib: “Son günlərdə Fransa və İngiltərə başda olmaqla Avropadan gələn humanitar reaksiyaları çox dəyərli hesab edirik. Fələstin Dövlətinin tanınmasına yönəlik atılan addımları məmnunluqla qarşılayırıq. İsrailə veriləcək ən aydın cavablardan biri 1967-ci il sərhədləri əsasında iki dövlətli həllə dəstək olmaqdır. İsrailin vəhşiliyinə heç kim səssiz qala bilməz".
Fransa, Kanada, İngiltərə və Maltadan sonra Portuqaliya da Fələstini tanımaq üçün ilk addımı atıb. Portuqaliya hökuməti Fələstin Dövlətinin tanınması məsələsini rəsmi şəkildə müzakirəyə çıxaracağını açıqlayıb.
Digər tərəfdən, son günlərdə Andorra, Avstraliya, Kanada, Finlandiya, Fransa, İslandiya, İrlandiya, Lüksemburq, Malta, Yeni Zelandiya, Norveç, Portuqaliya, San-Marino, Sloveniya və İspaniyanın xarici işlər nazirləri İsrail-Fələstin məsələsinə dair “Nyu-York Çağırışı” adlı birgə açıqlama yayaraq bildiriblər: “İki dövlətli həll istiqamətində atılması vacib olan əsas addım kimi, Fələstin Dövlətini artıq tanımış və ya tanımaq niyyətində olan, yaxud bu istiqamətdə müsbət qiymətləndirmə vermiş ölkələr hələ bu addımı atmamış bütün dövlətləri həmin çağırışa qoşulmağa dəvət edirlər".
Haberler.com
Aygün Babayeva