00:00:00
Yazar
Admin User
11.07.2025 08:09 115 1 dəq oxuma
Dünya

Prezidentin Baş müşaviri Yiğit Bulut vəfat edib

Prezidentin Baş müşaviri Yiğit Bulut vəfat edib

Prezidentin Baş müşaviri və İqtisadi Siyasətlər Şurasının üzvü Yiğit Bulut vəfat edib.


Maslakdakı özəl bir xəstəxanada xərçəng müalicəsi alan 53 yaşlı Bulut, səhər saatlarında dünyasını dəyişib.


AK Partiyanın İstanbul millət vəkili Süleyman Soylu, Bulutun vəfat xəbərini sosial media hesabında aşağıdakı sözlərlə paylaşıb:


"Prezidentimizin Baş müşaviri, İqtisadi Siyasətlər Şurasının üzvü, jurnalist-yazar və iqtisadçı dəyərli dostum Yiğit Bulut, keçirdiyi ağır bir xəstəlikdən sonra bu səhər Haqqın rəhmətinə qovuşmuşdur. Kədərli ailəsinə, yaxınlarına və sevənlərinə başsağlığı diləyirəm. Allah rəhmət eləsin, məkanı cənnət olsun."


TRT Haber
Xəlilli Nigar

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər