00:00:00
Yazar
Admin User
02.10.2025 17:54 120 2 dəq oxuma
Siyasət

Prezidentin Danimarkaya səfəri

Prezidentin Danimarkaya səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə gedib.

 

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır:

 

 

"Avropa Siyasi Birliyi 2022-ci ildə Avropa ölkələri arasında siyasi müzakirələrin aparılması məqsədilə yaradılıb. Bu birlik, eyni zamanda, Avropa ölkələrini narahat edən məsələlərin müzakirəsi üçün bir platforma rolunu oynayır. Azərbaycan Respublikasının Prezidenti də bu zirvə toplantılarına dəvət alaraq iştirak edir. Dövlət başçısı öz çıxışında qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Hazırda Avropa İttifaqına üzv olan ölkələrin üçdə biri ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Bu da onu göstərir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında geniş və dərin əlaqələr formalaşıb. Qeyd olunub ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və qurumun neft bazarının əsas təchizatçılarından biri məhz Azərbaycandır. Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella Azərbaycana rəsmi səfəri zamanı da vurğulayıb ki, Azərbaycan hazırda 14 ölkəyə təbii qaz ixrac edir və qaz kəmərlərinin coğrafi əhatəsinə görə dünyada lider ölkələrdəndir. Bu ixracatın əsas hissəsi məhz Avropa İttifaqına yönəlib".

 

 

Müsahib qetd edib ki, İtaliya da Avropa İttifaqına üzv olan ölkə kimi Azərbaycanın bu enerji siyasətində mühüm tərəfdaşdır:

 

 

"Ölkə Prezidenti qeyd edib ki, İtaliyanın neft balansında Azərbaycan birinci yerdədir. Bununla yanaşı, Avropa İttifaqına üzv olan bir sıra ölkələrlə Azərbaycanın geniş enerji əməkdaşlığı mövcuddur. Bu baxımdan, belə platformalarda Azərbaycan Prezidentinin iştirakı dövlətin əməkdaşlıq imkanlarını genişləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Adətən bu cür beynəlxalq platformalarda müxtəlif ikitərəfli və çoxtərəfli görüşlər keçirilir, dövlətlərarası əməkdaşlığın səviyyəsi müzakirə olunur və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilir. Həmçinin cari məsələlər ətrafında da fikir mübadiləsi aparılır. Bu mənada qeyd etmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Kopenhagendə görüş keçiriblər. Hazırda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesi davam edir. Bu platforma növbəti bir yüksək səviyyəli təmas üçün şərait yaratmış olub. Bununla yanaşı, Zirvə toplantısı çərçivəsində keçirilən təmaslar Azərbaycanın beynəlxalq arenadakı iştirakçılığına müsbət təsir göstərir və əməkdaşlıq imkanlarını daha da genişləndirir".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər