Prezidentlik Kabineti toplanıb
Kabinet, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə toplanıb. Prezidentlik Kompleksində keçirilən iclas saat 16:30-da başlanıb.
Beştəpədəki iclasa Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edir. Kabinetin əsas gündəm mövzusu Terrorçusuz Türkiyə hədəfinə dair inkişaflar olacaq. Parlamentdə qurulan Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının davam edən fəaliyyətləri müzakirə ediləcək. İndiyə qədər keçirilmiş 7 iclasın nəticələri qiymətləndiriləcək. Silahların təhvil verilməsi prosesi hərbi və kəşfiyyat hesabatları əsasında təhlil olunacaq.
Kabinet iclasında, Terrorçusuz Türkiyə hədəfinə birbaşa təsir etdiyi üçün Suriyadakı son vəziyyət də müzakirə olunacaq. Terror təşkilatlarının Suriyanın ərazi bütövlüyünü təhdid edən mümkün fəaliyyətləri ələ alınacaq.
BBC News
Nuranə Merdiyeva