00:00:00
Yazar
Admin User
10.09.2025 17:55 203 3 dəq oxuma
Siyasət

Problem ABŞ və İsrail deyil, özümüzük

Problem ABŞ və İsrail deyil, özümüzük

"Problem bir-birimizlə olan fikir ayrılıqları, bölünmələr və davalardır", - Pezeşkian bildirib.


Qeyd edək ki, bir gün əvvəl İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf ölkədə bahalıq və inflyasiyaya görə Məsud Pezeşkian hökumətini günahlandırıb.


Mövzu ilə bağlı siyasi şərhçi Yusif  Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, doğrudan da bugünkü günə İran dövləti həm siyasi, həm də iqtisadi böhran içərisindədir:

 

“Belə ki, ABŞ ilə gedən səmərəsiz danışıqların nəticəsiz olması o biri tərəfdən də İsrail İran 12 günlük müharibəsindən sonra İranda siyasi və iqtisadi çətinliklərin əmələ gəlməsi, o biri tərəfdən də MAQATE ilə olan danışıqların nəticəsiz qalması, belə ki, ondan başqa da Avropa üçlüyü ilə İran arasında olan danışıqların da bugünkü günə nəticə verməməsi, hətta axırıncı MAQATE-nin bəyanatı ki, İran hakimiyyəti təşkilatla əməkdaşlıq etmək istəmir, yəni zənginləşdirilmiş Uranın ehtiyatının İranın harasında gizlənməsi ilə əlaqədar MAQATE-yə məlumat vermir və İranda doğrudan da inflyasiya baş alıb gedir. Enerji məhsullarının, yəni neft məhsullarının çatışmazlığı, su çatışmazlığı, ərzaq çatışmazlığı böhranı yarandı. Belə ki, İranın dini rəhbəri Xamneyi yaxınlarda belə deyək də, bu belə bir bəyanat vermişdi ki, İran dövləti vətəndaşlar mütləq ərzaq ehtiyatını görməlidir. Belə ki, böyük ehtimalla Avropa İttifaqı və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər. Hətta İsrail İran müharibəsi yenilənə bilər. Yəni bununla əlaqədar doğrudan da İranın daxilində də çox gərginlik var. O biri tərəfdən də qeyd etmək lazımdır ki, İranın dini rəhbəri Konstitusiyaya görə həmin dövlətin ali rəhbəridir, yəni onun verdiyi qərarlar birmənalı şəkildə icra olunur. Prezident İnstitutu isə ikinci dərəcəli bir institutdur və bununla əlaqədar bildiyiniz kimi, İranda hakimiyyət böhranı var, bugünkü günə cənab Pezeşkian doğrudan da hakimiyyətə gəldikdən sonra İranın seçkilərdə bu, belə deyək də islahatçı qolunun təmsilçisi kimi iştirak edir. Onun əlindəki seçki qabağı və seçki sonrakı bəyanatlarına qulaq assaq görərik ki, o həm ABŞ, həm də Avropa İttifaqından hətta İsrail və digər dövlətlərlə danışıqlara getməsinin tərəfdarıdır, ancaq 12 günlük müharibədən sonra əlbəttə ki, cənab Pezeşkianın ABŞ ilə, İsrail ilə kəskin bəyanatları olub”.

 

Həmçinin şərhçi qeyd edib ki, İran da bugünkü günə qanunvericilik hakimiyyətinə, yəni parlamentdən prezident hakimiyyətinin arasında böhran var:

 

“Ümumiyyətlə, belə baxanda İranda dini hakimiyyətlə prezident hakimiyyətinin, həm də qanunvericilik, parlament hakimiyyətinə ziddiyyət var. Qalibaf belə deyib ki, hakimiyyəti İranda zəiflədikcə Qalibaf parlamentinin sədri, İranın prezidenti cənab Pezeşkian arasında konfliktlər dərinləşir, qalibaf etnik kürddür və əvvəllər, yəni Pezeşkian hakimiyyətə gəlməmişdən öncə Azərbaycan türklərinə aid olan vilayətlərdə, belə deyək də kürd əsilli şəxslərin hakimiyyətə gətirilməsinin başında dayanırdı və Azərbaycana aid kənd, şəhər və ərazilərin kürd adının verilməsi ilə məşğul idi və cənab Pezeşkian hakimiyyətə gəldikdən sonra belə bir qayda qoyub ki, hansı bölgələrdəki o etniklər, yəni milliyyətcə hər hansı bir məsələ üçün farslar, beluşlar və yaxud azərbaycanlılar varsa və yaxud kürdlər varsa, həmin regionda rəhbər kimi həmin şəxslər qoyulmalıdır. Məsəl üçün, Urmiya vilayətinin kürdləşməsinin başında Qalibaf dayanır və bildiyiniz kimi Qalibaf prezidentliyə namizəd olmuşdu. O, prezident olmaq istəyirdi və gücü çatmayıb. Seçkiləri uduzub və bununla əlaqədar əlbəttə ki, Qalibafla Pezeşkian arasında ziddiyyətlər kəskinləşir. İran bu böhrandan cənab Pezişkan çalışır ki, öz çıxışlarında və ümumiyyətlə siyasətində ABŞ-yə, İsrailə, Avropaya qarşı ittihamlar az səslənsin və əməkdaşlığa daha çox yol verilsin. Belə ki, o ali dini rəhbərdən konkret olaraq prezident kimi səlahiyyətlər istəyir və bununla əlaqədar artıq bir iki addım atılıbdır. Təhlükəsizlik Şurasının sədrinin dəyişdirilməsi, Əli Şamxaninin çıxarılıb, onun yerinə Əli Laricaninin qoyulması, yəni Əli Laricani qardaşları əslində 5 qardaşdılar. İranda kifayət qədər nüfuz sahibidilər. O biri tərəfdən də, bildiyiniz kimi, artıq İranın hərbi kompleksinə də nəzarət verilibdir. Cənab Pezeşkiana. Ona görə də böyük ehtimalla bu qüvvələrin hansının İranda daha güclü olmasından, İranın gələcək taleyi asılıdır”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər