PSJ-nin gürcüstanlı futbolçusu zədələnib
PSJ futbolçusu Xviça Kvaratsxeliyanı Fransa çempionatının II turunun "Anje" ilə ev oyununun iştirak ərizəsinə salmayıb.
"İnformator.az" "RMC Sport"a istinadən xəbər verir ki, buna səbəb gürcüstanlı hücumçunun əzələsində diskomfort yaşamasıdır.
24 yaşlı oyunçu Liqa 1-in açılış turunda səfərdə "Nant"ı 1:0 hesabı ilə məğlub etdikləri oyunun 78-ci dəqiqəsində meydana daxil olub.
Bu gün keçiriləcək PSJ - "Anje" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.