00:00:00
Yazar
Lalə Qafarova
16.03.2026 20:37 22 2 dəq oxuma
Siyasət

"PUA bazarının 65 faizi Türkiyənin əlindədir" - Mehmet Fatih Kacır

"PUA bazarının 65 faizi Türkiyənin əlindədir" - Mehmet Fatih Kacır

 


Rusiya-Ukrayna müharibəsi və ABŞ ilə İsrailin İrana hücumları göstərir ki, müasir münaqişələrdə pilotsuz uçuş aparatları (PUA) əsas rol oynayır. Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib ki, indiki müharibələrdə bahalı silahlarla yanaşı, daha ucuz və süni intellektlə idarə olunan dronlar daha effektiv nəticə verir. Onun sözlərinə görə, PUA sahəsində Türkiyə dünyanın ən təcrübəli ölkələrindən biridir və bazarın böyük hissəsinə sahibdir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, PUA-ların müharibənin taleyini müəyyən etməsi İkinci Qarabağ müharibəsi zamanı daha effektli şəkildə ortaya qoyub:

 

"Təbii ki, Türkiyə PUA-ları xüsusilə burada özünü göstərdi. Qeyd edim ki, bu gün PUA-lar həm ucuz başa gəlir, həmçinin dəqiq zərbə ilə ciddi itki vermədən düşmənin bahalı silahlarını sıradan çıxara bilər. Məsələn, 200 000 dollarlıq raketi üç-dörd min dollarlıq PUA sıradan çıxarmaq gücündədir. Göründüyü kimi, canlı itki vermədən bir tağımı və yaxud döyüş postunu, qərargahı vurmaq olar. Halbuki ənənəvi döyüş taktikasında isə ora bir batalyon və ya bir tağım əsgər göndərmək və burada da ciddi itkilərlə üzləşmək mümkündür.

Məhz bu gün müharibələr müasirləşir. PUA-lar, kəşfiyyat PUA-ları, raket tipli PUA-lar artıq müharibələrin gedişatına çox ciddi şəkildə təsir edir. Məhz bu gün Ukraynanın Rusiyanın hücumlarına duruş gətirməsi məhz PUA-ların üstünlüyündədir.

Hazırda ABŞ-İran müharibəsində də, İranın İsrailə həmçinin Körfəz ölkələrinə vurduğu zərbələr hamısı PUA-larla həyata keçirilir. Dronların geniş istifadəsi müasir müharibələrin əsas tərkib hissəsidir və onun  gedişatına sürətli şəkildə təsir edir.

Təbii ki, Azərbaycan hazırda İranla qonşudur və baş verən proseslər ölkəni ciddi narahat edir. Məsələn, PUA-lardan istifadə edilərək Naxçıvan aeroportuna hücumlar dronlarla həyata keçirilib və bu, Azərbaycanda təhlükəsizliyə ciddi təhdid yaradır.

Yəni proseslər onu göstərir ki, nə qədər müasir müharibələrdə PUA-lardan istifadə edilsə də, onun təhlükəsizlik riskləri də daha da artır. Çünki onlar idarəetmədən çıxa bilir və təyin edilməmiş nöqtəyə də zərbələr vura bilər. Bu da mülki infrastruktura, mülki insanların ölümünə gətirib çıxara bilər".


Reyhan Quliyeva

#xəbər #əlindədir" #azərbaycan #gündəm #türkiyənin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər