Putin
Rusiya iki dəfə NATO-ya üzvlüyə hazır olduğunu bəyan edib.
"İnformator.az" "Globalinfo.az"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında deyib:
“Ümumi təhlükəsizlik məkanı yaratmağa çalışan ölkəmiz iki dəfə NATO-ya qoşulmağa hazır olduğunu bəyan edib: birinci dəfə 1954-cü ildə, ikinci dəfə ABŞ prezidenti Bill Klintonun prezidentliyi dövründə (1993-cü ildən 2001-ci ilə qədər -red.) onun Moskva səfəri zamanı bu barədə danışmışdım”.
Onun sözlərinə görə, Rusiya Qərb tərəfdaşları ilə birgə işləməyə hazır idi, lakin onlar öz stereotiplərindən əl çəkmək istəmirdilər:
“Biz birlikdə işləməyə, təhlükəsizlik və qlobal sabitlik sahəsində addımlar atmağa hazır idik, lakin qərbli həmkarlarımız özlərini geosiyasi və tarixi stereotiplərin əsarətindən xilas etmək istəmirdilər”.