Putin ABŞ prezidentlik yarışında seçiminin Co Bayden olduğunu bildirib
Rusiya Prezidenti Vladimir Putin Ağ Evdə Donald Trampın yerinə Co Baydenə üstünlük verəcəyini bildirib.
Televiziya müsahibəsində suala cavab verən Putin Co Baydenin daha "öngörən" bir insan olduğunu müdafiə etdi. Rusiya lideri ABŞ-ın hazırkı prezidenti üçün “daha təcrübəli” ifadəsini də işlədib. Putin 2016-cı il prezidentlik yarışından əvvəl Donald Tramp üçün "qeyri-adi insan və istedadlı" fikrini qeyd edib. ABŞ prezidenti Co Bayden, Ukraynaya müdaxilədən sonra Putin haqqında "qatil" daxil olmaqla sərt ifadələr işlədib. Putin, Baydenin liderliyinin Rusiya üçün daha yaxşı olacağını söylədi. O, Baydeni "təcrübəli, öngörən" və eləcə də köhnə siyasətçi kimi təsvir etdi. Rusiya liderinə Baydenin yaşı ilə bağlı müzakirələr də soruşulub. Putin burada da Co Baydeni müdafiə etdi və "2021-ci ildə görüşəndə qəribə heç nə görmədiyini" söylədi. “O vaxt insanlar onun bacarıqsız olduğunu deyirdilər, amma mən bu mənada heç nə hiss etmədim. Putin: “Bəli, görüş zamanı qeydlərinə baxırdı, amma düzünü desəm, mən də belə edirdim. Deməli, qəribə heç nə yox idi", - o, görüş haqqında təəssüratını təsvir etdi. Vladimir Putin əlavə edib ki, ölkəsi “Amerika xalqının etimadını qazanan” və prezidentliyi qazanmış hər kəslə işləyə biləcəyini də qeyd etdi. Putinin bütün istinadları müsbət olmadı. Rusiya lideri ABŞ prezidentinin Ukrayna müharibəsini pisləməsini “son dərəcə zərərli və səhv” adlandırıb. Rusiya prezidenti Putin Moskvada amerikalı jurnalist Taker Karlsonla verdiyi müsahibəyə də toxunaraq, “sualların kifayət qədər kəskin olmamasından” məyus olduğunu bildirib.
Aytac Kərimova
Mənbə: BBCNews
