00:00:00
Yazar
Admin User
29.07.2025 12:30 154 1 dəq oxuma
Dünya

Putin bunlarsız sülhə getməyəcək

Putin bunlarsız sülhə getməyəcək

Ukrayna döyüş meydanında böyük qələbələri ilə məcbur etməsə, Rusiya Prezidenti Vladimir Putin hərbi məqsədlərində güzəştə getməyəcək.

 

"İnformator.az" "Axar.az" a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

 

Məlumata görə, Kreml Ukraynaya qarşı müharibəyə və gələcəkdə Rusiyanın NATO-ya qarşı təcavüzünə xalqın dəstəyini təmin etmək üçün Qərblə qarşıdurma ideyasını qəsdən təbliğ etməyə davam edir: “Moskva müharibəyə daxili dəstəyin yaradılmasına əhəmiyyətli vəsait sərf edib və bu, uğurlu alınıb, çünki Rusiya dövləti və müstəqil sorğu şirkətləri ölkə vətəndaşlarının əksəriyyətinin Kremlin elan etdiyi denasifikasiya və Ukraynanın demilitarizasiyası kimi müharibə məqsədlərinə çatana qədər müharibəni dəstəklədiyini göstərir”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər