00:00:00
Yazar
Admin User
21.08.2025 15:58 135 2 dəq oxuma
Siyasət

Putin bunu etsə, Tramp hərəkətə keçəcək

Putin bunu etsə, Tramp hərəkətə keçəcək

Avropa Birliyi liderləri ABŞ ilə Rusiya arasında aparılan sülh danışıqlarının uğursuz olacağını gözləyir və bu prosesi Trampın Putinin səmimi olmadığını anlaması üçün fürsət kimi görür, bu barədə “Politiko” qəzeti yazıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, Avropa siyasətçiləri və liderlər Putindən həm çəkinir, həm də ona tam inanmırlar:

 

"Onlar hesab edirlər ki, Putin Trampı müəyyən mənada idarə edə bilib. Düzdür, Putin keçmiş KQB zabiti və təcrübəli kəşfiyyatçıdır, Tramp isə biznesmen olaraq siyasət sahəsində onunla müqayisədə zəif görünür. Ən azından mən belə düşünürəm, başqaları isə fərqli fikirdə ola bilər. Lakin Tramp tək deyil. O, Putinlə görüşdə yalnız özünü deyil, komandası ilə birlikdə ABŞ-ni təmsil edib. Amerika tək prezidentdən asılı olmayan çoxşaxəli dövlətdir; orada dərin dövlət və xüsusi xidmət orqanları mövcuddur, onların məlumatları və tövsiyələri siyasətə təsir göstərir. Bu baxımdan, Putin müəyyən uğur qazanmış olsa da, ABŞ-nin bütün strukturlarını idarə etmək mümkün deyil. 2022-ci ilin fevralından sonra Rusiya Ukrayna ərazisinin böyük hissəsini işğal etməyib, yəni geniş əraziləri ələ keçirməkdə uğursuz olub. Deməli, üç ilə yaxın müddətdə ciddi uğur əldə olunmayıb. Bu uğursuzluq Rusiyada yeni problemlər yarada bilər və dövlətin stabilliyinə mənfi təsir göstərə bilər. Sovetlər Birliyi dağıldıqdan sonra yaradılan Rusiya Federasiyası da böhran yaşasa, ən yaxşı halda Moskva mərkəzli kiçik bir dövlət qura bilər. Mənim qənaətimə görə, gedişat bu istiqamətə doğru gedir, baxmayaraq ki, bəziləri üçün bu mənzərə hələ görünmür".

 

Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər