Putin həqiqətən məni məyus edib
ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin Rusiya–Ukrayna müharibəsinin dayandırılması ilə bağlı mövqeyindən məmnun olmadığını bildirərək:
“Bu, məni həqiqətən məyus edib”, – deyib.
ABŞ Prezidenti Donald Tramp İngiltərəyə rəsmi səfərinin son günündə Baş nazir Keir Starmer ilə birgə mətbuat konfransı keçirərək Rusiya–Ukrayna müharibəsi barədə açıqlama verib.
Tramp vəzifəyə gəlməzdən əvvəl Putinlə münasibətlərinə görə bu müharibənin “ən asan sona çatacaq müharibə” olacağını düşündüyünü, amma bu mövzuda məyusluq yaşadığını bildirib.
“7 müharibəni sona çatdırmışam. Putinlə münasibətlərimə görə ən asan olacağını düşündüyüm müharibə bu idi, amma o (Putin) məni məyus etdi. Həqiqətən məyus etdi”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti Rusiyanın Ukraynadan daha çox əsgər itirdiyini iddia edərək, bu müharibənin bir şəkildə sona çatmalı olduğunu və bunun üçün çalışacaqlarını əlavə edib.
“Putini Alyaskaya dəvət etdiyimə görə peşman olub-olmadığım” sualına Tramp “Xeyr” cavabını verib.
O, Avropa ölkələrinin hələ də Rusiyadan neft almaqda davam etməsindən narazılığını ifadə edərək deyib:
“Sadə bir şəkildə bunu deyirəm: əgər neftin qiyməti düşərsə, Putinin müharibəni bitirməkdən başqa çarəsi qalmayacaq”.
TRT XƏBƏR
Lalə Qurbanlı